Ana Sayfa > Karusel / Şou-Biznes > Zaur məbləği kimə istəyir versin" - "Toppuş bacı" peşiman oldu

Zaur məbləği kimə istəyir versin" - "Toppuş bacı" peşiman oldu


29-09-2018, 11:36. Yazar: Xeberaz

Zaur məbləği kimə istəyir versin

Əməkdar artist Tünzalə Əliyeva bir neçə gündür ünvanına yazılan təhqirlərdən danışıb. 

Xeberaz.az xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişə gələn aktrisa hətta təngə gələrək, onun üçün yığılan puldan imtina etmək istədiyini də bildirib:

"Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıta bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir versin. Amma sonra yol boyu bura gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər".

 

Qeyd edək ki, Tünzalənin verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub. Xərçəngdən əziyyət çəkən aktrisa evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığı bildirilib. İnsanlar da Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.


Geri dön