Ana Sayfa > Karusel / İdman / Foto-fakt > "Yuventus" üçün əlamətdar tur - 2 hadisə ilə

"Yuventus" üçün əlamətdar tur - 2 hadisə ilə


27-09-2018, 13:22. Yazar: Xeberaz
 İtaliya A Seriyasının VI turunda "Boloyna" üzərində qazandığı 2:0 hesablı ev qələbəsi "Yuventus" komandası üçün əlamətdar olub.
"Xəbəraz.Az" goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi 88 il sonra yenidən mövsümün ilk 7 oyununda 7 qələbə qazana bilib. "Qoca Sinyora" bu uğuru sonuncu dəfə 1930-cu ildə əldə edə bilmişdi.
Digər tərəfdən, "Yuventus" İtaliya çempionatları tarixində 1000-ci qələbəsini əldə edib. Bu göstərici ilə "ağ-qaralar" Avropanın "Top 5" liqasında 8-ci sıradadır. İlk 7 pillədəkilər isə İngiltərənin "Liverpul" (1230), "Everton" (1224), "Arsenal" (1187), "Mançester Yunayted" (1122), "Aston Villa" (1187), İspaniyanın "Real" (1078) və "Barselona" (1067) klublarıdır.
Geri dön