Ana Sayfa > Karusel / Gündəm / Təhsil / M2 > Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır

Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır


27-09-2018, 12:40. Yazar: Xeberaz
 
Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.
"XƏbəraz.Az" Trend-ə istinadən xəbər verir ki, bunu 9-cu Azərbaycan-Rusiya regionlararası forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".
Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:
"Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir".
Geri dön