Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Şəkidə 62 yaşlı kişi itkin düşüb - FOTO

Şəkidə 62 yaşlı kişi itkin düşüb - FOTO


26-09-2018, 17:41. Yazar: Xeberaz

 

Şəki rayonunda  yaşlı kişi itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında, rayonda “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri qayıtmayıb. 

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə, 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Geri dön