Ana Sayfa > Karusel / İdman / M2 / Gənclərimiz > Futzal üzrə Azərbaycan çempionatında ata və oğul eyni komandanın heyətində meydana çıxıblar

Futzal üzrə Azərbaycan çempionatında ata və oğul eyni komandanın heyətində meydana çıxıblar


26-09-2018, 16:00. Yazar: Xeberaz

 

Futzal üzrə Azərbaycan Yüksək Liqasının III turunda ata və oğul eyni komandanın heyətində meydana çıxıblar.

 "Xəbəraz.az "xəbər verir ki, maraqlı hadisə “Yasamal” İSK – “Araz” oyununda baş verib. Yasamal təmsilçisinin əvvəlki matçına sırf baş məşqçi kimi çıxaran Mahir Eyniyev, bu dəfə oynayan-məşqçi kimi komandasına kömək etməyə çalışıb. Belədə oğlu Məhəmməd Eyniyevlə eyni anda meydanda olublar.

Görüş “Araz”ın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, eyni hadisə ötən mövsümdə də baş verib. “Yasamal-2”dən çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü olan oğlu Tofiq Hüseynov rəqib olublar.


Geri dön