Ana Sayfa > Karusel / Hadisə > Bakıda nəqliyyatın hərəkəti iflic oldu: Qatarlar gecikdi, avtobuslar yolda qaldı

Bakıda nəqliyyatın hərəkəti iflic oldu: Qatarlar gecikdi, avtobuslar yolda qaldı


26-09-2018, 10:46. Yazar: Xeberaz

Bakıda nəqliyyatın hərəkəti iflic oldu: Qatarlar gecikdi, avtobuslar yolda qaldı

Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir.

Xeberaz.az  xəbər verir ki, günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır".


Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib. Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub. Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.

Geri dön