Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > BƏRDƏDƏ AVTOMOBİL MANEƏYƏ ÇIRPILIB, SÜRÜCÜ ÖLÜB - FOTO

BƏRDƏDƏ AVTOMOBİL MANEƏYƏ ÇIRPILIB, SÜRÜCÜ ÖLÜB - FOTO


26-09-2018, 00:23. Yazar: Xeberaz

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.Az" məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Oka" markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində avtomobilin 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Geri dön