Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > SALYANDA MAŞIN TRAKTORA ÇIRPILIB, 3 NƏFƏR XƏSARƏT ALIB

SALYANDA MAŞIN TRAKTORA ÇIRPILIB, 3 NƏFƏR XƏSARƏT ALIB


25-09-2018, 22:00. Yazar: Xeberaz

Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb.

Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri - 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön