Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt / Fotogalereya > Dünya opera ulduzları "Toska" operasının tamaşasında çıxış edəcəklər

Dünya opera ulduzları "Toska" operasının tamaşasında çıxış edəcəklər


24-09-2018, 19:26. Yazar: Xeberaz

Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən"Xəbəraz.az "-a verilən məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunmuşdur. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində parlaq çıxışı ilə yadda qalmışdır. İstedadlı vokalçı həmin müsabiqənin "Qran-Pri" mükafatına layiq görülmüşdü. Tamaşada Ukrayna Milli operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunmuşdur. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet  Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə tamaşada Skarpia rolunda  çıxış edəcəkdir.

Tamaşada Azərbaycanın istedadlı opera müğənniləri - Xalq artistlərii Əli Əsgərov və Əkrəm Poladov,  Əməkdar artistlər  Cahangir Qurbanov və Əliəhməd İbrahimov da  iştirak edəcəklər.


Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.


Geri dön