Ana Sayfa > Karusel / Hadisə / M2 > Kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - Azərbaycanda

Kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - Azərbaycanda


22-09-2018, 22:32. Yazar: Xeberaz

Saatlı rayonunda qətl hadisəsi baş verib.

Xeberaz.az "report"-a istinadən bildirir ki, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Geri dön