Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > İranda hərbi paradda terror - 7 hərbçi öldü -Fotolar

İranda hərbi paradda terror - 7 hərbçi öldü -Fotolar


22-09-2018, 11:18. Yazar: Xeberaz

10:56 / 22 2018


İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Xeberaz.Az xəbər veirr ki, hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib .

Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.

Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 22-də "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
 

Geri dön