Ana Sayfa > Karusel / Şou-Biznes > Şahin Zəkizadənin xanımı Azərbaycandan getdi: "Nə qohum, nə də dostlarım yanımda olmadılar"

Şahin Zəkizadənin xanımı Azərbaycandan getdi: "Nə qohum, nə də dostlarım yanımda olmadılar"


21-09-2018, 15:26. Yazar: Xeberaz


Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə övladı ilə birlikdə Azərbaycandan köçüb.

Xeberaz .Az  xəbər verir ki, bu haqda o, özü xəbər verib. Səbinə bildirib ki, artıq burada yaşaya bilmir və oğlu Seyid Əli ilə birlikdə Türkiyəyə köçür:

"Göydən 3 alma düşdü: biri sənin, bir mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida mənim gözəl Bakım, vətənim. Çox şeylərdən, ətrafdakıların düşüncələrindən yoruldum. Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var və ona baxıb xoşbəxt oluram. Amma bir qadın kimi mənim də haqqımdır xoşbəxt olmaq. Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olanda nə qohum, nə də dostlarım yanımda olmadılar".


Qeyd edək ki, Səbinə bir vaxtlar model kimi fəaliyyət göstərib. O, Şahin Zəkizadə ilə ailə qurduqdan sonra hicab bağlayıb və modellikdən uzaqlaşıb. Son vaxtlar isə Səbinə vizajist kimi çalışırdı.


Geri dön