Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xaçmazda 12 yaşlı oğlan göldə batıb

Xaçmazda 12 yaşlı oğlan göldə batıb


19-09-2018, 19:47. Yazar: Xeberaz

 


Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*   *   *17:22

Xaçmaz rayonunun Qobuqıraq kəndində göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Batan şəxsin kimliyi müəyyənləşdirilir.
Geri dön