Ana Sayfa > Karusel / İdman / M2 > "Qarabağ"ın 250-ci ev qələbəsi

"Qarabağ"ın 250-ci ev qələbəsi


17-09-2018, 13:06. Yazar: Xeberaz

Topaz Premyer Liqasının IV turu "Qarabağ" üçün tarixi qələbəylə əlamətdar olub.
"Xəbəraz.az " PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, "Sumqayıt"la matça təsadüf edib. Qurban Qurbanovun yetirmələri "Azərsun Arena"da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda "250"ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.
Qeyd edək ki, "Qarabağ" bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən "Neftçi" 236, "Kəpəz" 173 ev qələbəsinə malikdir.
Geri dön