Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO


16-09-2018, 13:04. Yazar: Xeberaz

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "ABC News" xəbər verib.
Daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi. 

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. 
Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. 900 mindən çox insan elektrik enerjisindən məhrum olub. 
                                                               





Geri dön