Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > “Qarabağ”ın Avroliqa oyununa biletlərin qiyməti neçəyə olacaq?

“Qarabağ”ın Avroliqa oyununa biletlərin qiyməti neçəyə olacaq?


14-09-2018, 20:16. Yazar: Xeberaz

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ev oyunlarına biletlərin qiyməti bəlli olub.
"Xəbəraz.az " xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ən ucuz bilet 2, ən bahalı bilet isə 50 manat təşkil edəcək.
Ümumilikdə sektorlara uyğun olaraq, biletlər 2, 5, 15, 20 və 50 manat (VİP) arasında dəyişəcək.
Qeyd edək ki, "Qarabağ"ın Avroliqada ev oyunları aşağıdakı göstərilən tarixlərdə keçirəcək:
4 oktyabr: "Qarabağ" - "Arsenal"
25 oktyabr: "Qarabağ" - "Vorskla"
29 noyabr: "Qarabağ" - "Sportinq"
Bütün matçlar Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Geri dön