Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV / Xəbəraz-ın debatı > Pullu dayanacaqların pulsuz fırıldaqları- VIDEO

Pullu dayanacaqların pulsuz fırıldaqları- VIDEO


13-09-2018, 20:04. Yazar: Xeberaz

                              


Son illərdə Bakı şəhərində artan avtomobil sıxlığı nəticəsində şəxsi avtomobil sahibləri getdikləri ərazilərdə avtomobillərini park etməkdə bir çox problemlərlə üzləşirlər. Vətəndaşların yaşadığı belə xoşagəlməzliklərin aradan qaldırılması üçün şəhərimizin müxtəlif ərazilərində pullu dayanacaqlar fəaliyyət göstərir. Əslində bu çox təqdirəlaiq haldır ki, avtomobil sahibi olduğu məkandan asılı olmayaraq avtomobilinin hərtərəfli təhlükəsizliyindən əmin olur.
Avtomobil dayanacaqlarının özlərinə də Bakı şəhərinin iqdisadi zona bölgüsünə uyğun olaraq müxtəlif  qiymət göstəriciləri müəyənləşdirilibdir ki, ondan kənara çıxmaq qeyriqanuni hal hesab edilir. Eyni zamanda belə hallar üçün İXM-də müəyyən edilmiş cərimələr də nəzərdə tutulmuşdur.
Səbail rayonu və Yasamal rayonunun bir hissəsi Bakı şəhərinin 1-ci iqdisadi zonasını əhatə etdiyi üçün bu ərazilərdə yerləşən dayanacaqlarda park edilən hər bir avtomobil üşün bir saata     1.0 AZN ödəniş nəzərdə tutulub. İkinci iqdisadi zona hesab edilən ərazilərdə,yəni metronun Elmlər Akademiyası ərazisi və ona yaxın olan ərazilərdə  isə bu məbləğ bir saata görə 0.50AZN, Nərimanov, Binəqədi, Nizami və s. rayonların ərazisində isə bir saatın dəyəri 0.30AZN müəyyənləşdirilmişdir.
Lakin çox təəssüflə qeyd edə bilərik ki, şəhərdə hansı ərazidə olmasından və müddətindən asılı olmayaraq vətəndaş avtomobili üçün 1.0 AZN ödəməyə məcbur olur. Dayanacaq sahibləri isə əhalini savadsız hesab edib, aylıq plan ödədiklərini söyləyib, açıq-aşkar cibgirlik edirlər.
Yuxarıda söylədiyimiz gerçəkliklə bağlı “Xeberaz.az” saytının redaksiyasına müraciət edən vətəndaş Məlikov Vüqar bu gün  Nərimanov rayonunda eyniadlı parkın ətrafında, yəni yolun kənarında bir neçə dəqiqəlik  avtomobilini park etmiş.
Bir neçə dəqiqə üçün isə onda  1.0 AZN dəyərində pul alınmışdır. Təəcüblüsü isə ondan ibarətdir ki, ödədiyi 1 AZN məbləğində vəsait üçün qəbz belə almışdır. İlk baxışda burada qeyriqanunu hal olmadığını söyləmək olar. Lakin Biz yuxarıda qeyd etdik ki, Nərimanov rayonu 3-cü iqdisadi zonaya aid olduğu üçün bir saata 0.30AZN ödəniş olunmalı idi. Buradan belə bir sual yaranır. Bəs artıq ödənilən 0.70 AZN  hara və kimlərin cibinə gedir?
Həə!  Çox maraqlı sualdır. Lakin cavabı “qaranlığa qərq” olduğu üçün biz də tapmaqda acizik. Lakin vətəndaşa yaxınlaşıb pul alıb, qəbz ödəyən şəxs  onu da söyləməyi, unutmur ki, ödəniş üçün vurulan qəbizlər İcra Hakimiyyətinə aiddir. Vəziyyətin belə olduğu halda da bizə qaranlıq qalan mətləblərin cavabını Nərimanov Rayon İcra Hakimiyyəti yaxşı bilər. “Xəbəraz.az-ın bildiyi isə ondan ibarətdir ki, dövlətimizin çox gozəl qanunları vardır. Bir qrup məmurlar şəxsi maraqları xatirinə dövlətə və dövlətçiliyimizə kölgə salmaqdan əl çəksinlər.
"Xəbəraz.az "   


Geri dön