Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / İbadət > “Bu il zəncir vurmayacam” - İzzət

“Bu il zəncir vurmayacam” - İzzət


13-09-2018, 19:04. Yazar: Xeberaz
“Bu il zəncir vurmayacam”Şou


Müğənni İzzət Bağırov “Səhər-səhər” proqramına qonaq olarkən ötən il zəncir vurması ilə bağlı yayılan videosundan danışıb. 
"Xəbəraz.az " xəbər verir ki, sənətçi həmin görüntülərin İraqda lentə alındığını bildirib:
“Toy, şənliklərdə iştirak etməyəcəm, Bakıda olacam. Baxmayaraq ki, bundan əvvəl Məşəddə, Kərbəlada olmuşam. Ötən il İraqda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar başa düşmədi ki,  belimə çırpdığım zəncir dəmirdən yox, plastmasdan hazırlanıb. Zəncir süni idi, insane zərər vermir. Bakıda da qan çıxaranlara qoşulmamışam, fətva var. Qan çıxarmaq olmaz”. 
[video=]
Geri dön