Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Fotogalereya > Ziyalıların təşəbbüsü: parkı təmizlədilər - Foto

Ziyalıların təşəbbüsü: parkı təmizlədilər - Foto


10-09-2018, 16:19. Yazar: Xeberaz

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərində və Neftçala rayonunda təmizlik aksiyaları keçirib.

"Xəbəraz.az "xəbər verir ki, Bakı şəhəri Səbail rayonunda yerləşən “Dostluq” parkında təşkil olunan aksiyada Bilik Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal və Səbail rayonlarının məktəbliləri, müəllimlər, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
Aksiya iştirakçıları parkın böyük bir hissəsini tullantılardan və yabanı bitkilərdən təmizləyiblər. Fondun baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva aksiyanın Beynəlxalq Bilik Gününə həsr olunduğunu deyib.
Sonda aksiyada fəal iştirak edən 53 nömrəli məktəbin kollektivinə xüsusi təşəkkür bildirilib, ekologiya mövzusunda kitablar və geyim dəstləri hədiyyə edilib.
Xəzər dənizinin Neftçala rayonu Şirvanlı kəndi ərazisindəki sahilində yerləşən çimərliyin plastik tullantılardan təmizlənməsi aksiyası isə Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü ilə keçirilib. Aksiyanın hər həftənin bazar günü davam etdirilməsi planlaşdırılıb.







Geri dön