Ana Sayfa > Karusel / Maraqlı > Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları

Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları


8-09-2018, 18:56. Yazar: Xeberaz


Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır.
Tərkibində yüksək faizdə olan A vitamini sayəsində göz sağlamlığını qorumağa yardımçı olur, sink sayəsində dərinin sağlamlığını qoruyur. Bunlarla yanaşı ağız sağlığında müsbət təsirlərə sahibdir.
Göz sağlamlığını qoruyur
Üç tənək yarpağından ibarət bir pors yemək bədənə 124 mikroqram A vitamini verir. Bu, gündəlik A vitamini ehtiyacının 10 faizdən çoxudur. Retinol olaraq da tanınan bu vitamin görmə keyfiyyətini artırır.
Bununla yanaşı A vitamini antioksidant kimi də işləyir - xroniki xəstəliklərin inkişafının və erkən yaşlanmanın qarşısını alır.
Bağırsaqları qoruyur
Tənək yarpağı bağırsaq mikroflorasını qoruyur və bərpa edir. 
Baş ağrılarında kömək edir
Qədimdən üzüm yarpağı baş ağrısı "dərmanı" kimi istifadə olunur. Bu xüsusiyyətindən faydalanmaq üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qaynadıb suyunu içə bilərsiniz.
Geri dön