Ana Sayfa > Karusel / Gündəm > Sabahdan külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabahdan külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ


7-09-2018, 13:49. Yazar: Xeberaz

Sabahdan külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Sabahdan, sentyabrın 8-dən başlayaraq Azərbaycan ərazisində şimal-qərb küləyi güclənəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 8-9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Sentyabrın 9-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Geri dön