Ana Sayfa > Karusel / Şou-Biznes > "Qadınlar kənddən gəlib şəhərdə qəlyan çəkir" - Elza Seyidcahan

"Qadınlar kənddən gəlib şəhərdə qəlyan çəkir" - Elza Seyidcahan


5-09-2018, 18:29. Yazar: Xeberaz

!"Bizim sənətə dırnaqarası baxıb, lağ edənlər var ki, sənətçilərdən pis hərəkətlər edirlər".
Xeberaz.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "10-dan sonra" verilişində deyib. Müğənni sənət adamlarını tənqid edənlərdən danışıb:
"Qadınlar var ki, kənddən dünən gəlib. Üstündə bir dənə təbii nəsə yoxdur. Nə saçı, nə dırnağı, nə kipriyi, nə qaşı özünündür. Danışanda isə deyir, ölürəm qəlyandan ötrü. Qəlyan çəkir... Yanında isə siqaret nə qədər. Dünən şəhərə gəlib, başlayır ki, müasirəm, bunları edim. Bunlar faktdır, mənim sözümü qınamasınlar".

Geri dön