Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi

Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi


5-09-2018, 12:21. Yazar: Xeberaz

Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi





Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.

Xeberaz.az-ın məlumatına görə, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış "Güzəştli mənzil” sisteminin işində problem yaranıb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək. 


Geri dön