Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > 1 çavuşun öldüyü, 2 nəfərin yaralandığı qəzanın FOTOLARI

1 çavuşun öldüyü, 2 nəfərin yaralandığı qəzanın FOTOLARI


4-09-2018, 13:38. Yazar: Xeberaz



Xəbər verdiyimiz kimi, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.
Xeberaz.az xəbər verir ki, hadisə nətiçəsində hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib

.
Geri dön