Ana Sayfa > Karusel / Siyasət / Dünya / M2 > Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək

Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək


31-08-2018, 19:30. Yazar: Xeberaz

Kreml sentyabrın 7-də Tehranda baş tutacaq Rusiya, Türkiyə və İran prezidentlərinin sammitinin keçirilməsinə hazırlıqlarını təsdiqləyib.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl üçtərəfli sammitin İranın başqa şəhərində - Təbrizdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.
"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq. Odur ki, üçtərəfli görüş məhz Tehranda hazırlanır", - D.Peskov əlavə edib.
O həmçinin Türkiyə tərəfinin sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ayrılıqda görüş keçirəcəyi ilə bağlı məlumatını təsdiqləyib. 
Geri dön