Ana Sayfa > Karusel / Şou-Biznes > Eks-nazir müğənni Damladan danışdı :"Təqribən üç aydır ki..."

Eks-nazir müğənni Damladan danışdı :"Təqribən üç aydır ki..."


31-08-2018, 15:22. Yazar: Xeberaz

Eks-nazir müğənni Damladan danışdı :


"Təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm. Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin”.

Xeberaz.az xəbər verir ki, bu sözləri eks-maliyyə naziri Əvəz Ələkbərov modern.az-a müsahibəsində deyib. O, müğənni Damlanın ifalarına qulaq asdığını və böyük gələcəyini gördüyünü bildirib.

Saytın əməkdaşı səsləndirilən fikirlərlə bağlı müğənninin düşüncələrini öyrənməyə çalışıb. Onunla əlaqə saxlamaq mümkün olmasa da, müğənninin meneceri Şəhriyar Abışov açıqlama verib. O, eks-maliyyə nazirinə təşəkkür edib:

"Biz hörmətli professorumuza minnətdarıq. Damla xanımın Əvəz müəllimə böyük hörməti var. Hətta eks-maliyyə nazirimiz bir neçə dəfə bizimlə də danışıb. O cümlədən Damla xanıma öz məsləhətlərini verib.  Damla xanımın sənətini, yaradıcılığını qiymətləndirdiyi üçün ona təşəkkür edirik”.


Geri dön