Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Xəbəraz TV / Ekskluziv > İsraildə Azərbaycanın bayrağını öpməsi kimləri qıcıqlandırdı?!

İsraildə Azərbaycanın bayrağını öpməsi kimləri qıcıqlandırdı?!


29-08-2018, 15:33. Yazar: Xeberaz


Sənət millətə, dövlətə xidmət edincə şərəflənər.
Milətləri dünyada söz sahibi edən onların sərvətləri deyil. Mənəvi dəyərləridir. Bir millətin mənəvi dəyərlərini isə dünyada ən çox tanıdan  incəsənət və idman xadimləridir. Məhs bu məqsədlə də Ulu öndərimizin siyasi kursunun ləyaqətli davamçısı İlham Əliyev cənablarının idmana və incəsənətə diqqəti əbəs deyil. Böyük auditoriaların toplandığı idman və konsert salonlarında,bəlkədə coğrafi xəritədə Azərbaycanın harada yerləşməsindən bixəbər olanlar aparıcının yüksək səslə Azərbaycanı təmsil edən sənətkarlarımızı və ya idmançılarımız təqdim etdikdə qəlbimiz qürür hissi ilə dolur. Üstəlik bir də qərib ölkədə Azərbaycan bayrağını başı üzərinə  qaldırıb “söz söyləyən” həmvətənlərimizin xalqına yaşatdıqları fərəh hissi əsla ölçüyə gəlməz.
Yaxın tarixdə İzrail dövlətində konsert proqramı ilə çıxış edən, bədahətən söz sənətini yaşadan həmyerlimiz  Tərlan Novxanılı da bizə bu ölçüyə gəlməz qürur hissini yaşatdı. Məhşur meyxanaçımız konsert verdiyi səhnədə asılmış Azərbaycan bayrağının möhtəşəmliyindən güc alaraq bədahətən gələn könül boxçasının xəzinəsi ilə tamaşaçılarını heyran etdi. Həmvətənlərini isə sənətindən daha çox bayrağına sarılaraq öpməsi qəlblərini riqqətə gətirdi. Tərlan Novxalının belə bir milli təəssübkeşliyi o səhnədə çoxlarını qısqanclığa boğdu.
Belə bir söz var ki, əlində olanların dəyərini, qədrini bilməlisən. Çox təəssüflə qeyd edək ki, bu hər zaman belə olmur. Azərbaycan xalqı qədimdən söz sənətinin xridarı olmuş və indi də olmaqdadır. O dövrdə də kifayyət qədər şairlər, meyxanaçılar, qəzəlxanlar yaşayıb. Lakin müəyyən səbəblərdən tarixdə yaşamaq və tanınmaq şansları olmayıb. Müasir dövrümüzdə isə dünya tamamilə fərqli pəncərə onündən” seyr edilir”. İncəsənətin, elmin, mədəniyyətin, idmanın, sənətin sərhədsiz üfüqlərində istər oxucunun, istər tamaşaçının zövqünü oxşamaq və onların qəlbində sevgi ilə yer almaq çox çətindir. Tərlan Novxanılı haqqında isə fəxrlə söyləyə bilərik ki, məhşur meyxanaçımız qardaş ölkə Özbəkistan səhnəsində sərgilədiyi performansı ilə minlərin rəğbətini qazandı. Meyxanaçımızı ayaq üstə alqışlayan özbək xalqı heç də zövqsüz xalq sayılmaz. Dünyanı heyran edən Səmərqənd memarlıq sənəti, rəssam-nəqqaş Mani özbək xalqının fəxridir. Demək ki, bu xalq yaxşının qədrini bilir. Əslində Bizim xalqımız da öz sənətkarına dəyər verməyi bacaran, qədirbilən xalqdır. Lakin bu gün şou-biznes aləmində baş alıb gedən ucuz şöhrət xəstəliyi, “ulduzluq” azarı yaxşını pisdən ayırmaqda çətinlik yaradır. Tərlan Novxanılının söz sənətinin dəyərini isə dayaz zövq sahibləri anlaya bilməz. Çünki, meyxana sənəti elə bir sənətdir ki, onda sinə-dəftər hər zaman dolu olmalıdır. Əks halda “söz üşün cibə girən” meyxanaçı, meyxanaçı hesab edilə bilməz. Bizim bayrağımız altında sinəsindəki incilərini sərgiləyən Tərlan  Novxanlı  isə sənətində çoxlarını “cibində gizlədənlərdəndir”.
Biz də "Xəbəraz.az " informasiya agentliyi adından Tərlan Novxanılıya sərhədsiz yaradıcılıq uğurları diləyirik.
"Xəbəraz.az "     
    
Geri dön