Ana Sayfa > Karusel / Hadisə / Dünya > Suda yoxa çıxan oğlunun cəsədini özü tapdı - Ürək parçalayan mənzərə

Suda yoxa çıxan oğlunun cəsədini özü tapdı - Ürək parçalayan mənzərə


28-08-2018, 11:37. Yazar: Xeberaz


!Türkiyənin Adana vilayətində sərinləmək üçün girdiyi su kanalında yoxa çıxan Əfqanıstan əsilli gəncin cansız bədəni atası Muhammed Zaman Keberi tərəfindən tapılıb.
Xeberaz.az xəbər verir ki, Rami Keberin (18) cəsədi suya girdiyi yerdən 10 kilometr uzaqda aşkar edilib.
Oğlunun cəsədi başında gözyaşı tökən Muhammed Zaman Keberinin ürəyi gedib. Hadisə yerinə çağırılan təcili yardım Keberiyə ilkin müdaxiləni edib.
Keberi ailəsinin Əfqanıstandan Türkiyəyə təxminən 1 ay öncə gəldikləri deyilir.

Geri dön