Ana Sayfa > Karusel / Gündəm > Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq


27-08-2018, 14:57. Yazar: Xeberaz

Sabah 33 dərəcə isti olacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33,  Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək. 
Abşeron çimərliklərində 
Avqustun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. 
Azərbaycanın rayonlarında
Avqustun 28-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 19-24, gündüz  31-36,  dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti təşkil edəcək. 
Geri dön