Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Şamaxıda “təcili yardım” qəzaya düşdü - Yaralılar var

Şamaxıda “təcili yardım” qəzaya düşdü - Yaralılar var


26-08-2018, 21:56. Yazar: Xeberaz

Şamaxıda “təcili yardım” qəzaya düşdü



Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Xəbəraz.az " xəbərinə görə, kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqqaşıb.
Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön