Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Türkiyədə müğənninin villası yandı

Türkiyədə müğənninin villası yandı


26-08-2018, 20:29. Yazar: Xeberaz

Alanyada kosnertdə olan türkiyəli müğənni Funda Ararın İstanbulun Göktürk səmtindəki villasında yanğın olub.
"Xəbəraz.az " xəbər verir ki, hadisə zamanı villanın 2 otağı yanıb. Xüsusilə ifaçının yataq otağı böyük zərər görüb.
Məlumata görə, yanğın çıxarkən F.Ararın oğlu və anası bağçada olub.
Xəbəri konsert vaxtı alan müğənni geri dönmək istəsə də, onu yaxınları sakitləşdirə bilib.
Yanğına kondisionerin kabelinin səbəb olduğu bildirilir.
Geri dön