Ana Sayfa > Karusel / İdman / M2 > Millimizin futbolçusu qələbəni yenə kənardan izlədi

Millimizin futbolçusu qələbəni yenə kənardan izlədi


26-08-2018, 15:02. Yazar: Xeberaz

Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.
"Xəbəraz.az " komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Elazığspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Ozan bu görüşün də iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
"Girəsunspor" 3 turdan sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.
Geri dön