Ana Sayfa > Karusel / Siyasət / Dünya > Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edildi

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edildi


26-08-2018, 13:56. Yazar: Xeberaz

ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.
"Xəbəraz.az " bildirir ki, bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.
Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb. 
Geri dön