Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda parkomatlar ləğv edilir

Bakıda parkomatlar ləğv edilir


24-08-2018, 20:35. Yazar: Xeberaz

Bakıda parkomatlar ləğv edilir - VİDEO



Paytaxtda parklama yerləri və parkomatlarla bağlı yeni layihə hazırlanır. 

XEBERAZ.AZ ARB TV-yə istinadən xəbər verir ki, köhnə parkomatların söküləcəyi və əvəzinə yeni sistemin tətbiq olunacağı gözlənilir.

2014-cü ildə paytaxtın 60-dan çox küçə və prospektinə parkomatlar düzülüb, onlardan bəziləri isə lazım olmayan yerlərdə quraşdırılıb. Daha sonra müəyyən edilib ki, artıq parkomatlara ehtiyac yoxdur.

Tıxac probleminin həlli və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün Bakıda 500-dən çox parkomat qurulub. Bu ödəmə aparatlarının hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərclənib.


Geri dön