Ana Sayfa > Karusel / Şou-Biznes > Zaur Kamalın verilişində YALAN VƏD - "Onlardan heç bir kiloqram yox..."

Zaur Kamalın verilişində YALAN VƏD - "Onlardan heç bir kiloqram yox..."


24-08-2018, 16:43. Yazar: Xeberaz
Zaur Kamalın verilişində YALAN VƏD 
Xəzər TV-nin efirində maraqlı anlar yaşanıb.
Xeberaz.az xəbər verir ki, Qurban bayramı münasibətilə "5/5" verilişinin aparıcısı Zaur müğənni Rüfət Axundova qoç fotoları göstərərək, onları hansı həmkarlarına göndərmək istədiyini soruşub. O da özünə məxsus tərzdə qoçları həmkarları arasında bölüşdürüb. Həmin qoçlardan birini də əməkdar artist Elza Seyidcahana ayırıb. Zaur Kamal bunların zarafat olmadığını bildirib, müğənni də razılaşıb ki, efir bitən kimi qoçları deyilən ünvana göndərəcək.
Bu gün məsələylə bağlı Elza Seyidcahanla əlaqə saxladıq.
Əməkdar artist Metbuat.az-a açıqlamasında göndərilən qurban payından xəbəri olmadığını bildirib:
“Zaurun verilişindən bayram payı kimi mənə heç nə gəlməyib. Onlardan heç bir kiloqram yox, yarım kiloqram da qurban əti görməmişəm. Mən onları təbrik eləmişəm. Allahdan məni qoyun şəkili ilə də təbrik etməyiblər. Burdan deyirəm, nə söz vermisən, əməl et. Edə bilmirsənsə, söz vermə. Söz sənin ağzından çıxdı, deməli sənin ağandı. O qurbanı mənə göndərsəydi, mən o qoyunu kəsib kasıblara paylayardım. Deyərdim, Zaur göndərib, bunu yemirəm ehsan edirəm”.

Geri dön