Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Fanatları ilə evlənən məşhurlar - FOTO

Fanatları ilə evlənən məşhurlar - FOTO


22-08-2018, 16:58. Yazar: Xeberaz


Xeberaz.Az fanatları ilə ailə quran məşhurları təqdim edir:
Müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə 5 il əvvəl Almaniyadakı konsertindən sonra tanış olub. Daha sonra dostlarının köməyi ilə Pınar bir neçə dəfə ifaçı ilə görüşüb və beləliklə cütlük arasında sevgi münasibəti başlayıb. Tarkan və Pınar 2016-cı ildə ailə qurub. Cütlüyün bu ilin iyulunda qızı dünyaya gəlib.



Aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğuluya uşaqlıqdan heyran imiş. Cütlük 2014-cü ildə Amerikada nikah masasına oturub.



2009 -cu ildə ailə quran Bergüzar Korel və Halit Ergenç seriallardan birinin çəkilişi zamanı tanış olublar. Müsahibələindən birində Bergüzar tez-tez teatra getdiyini və Halitin ifa etdiyi rollara heyranlıqla baxdığını, bir gün onunla tanış olmaq şansı əldə etmək istədiyini bildirib. Cütlüyün Əli adlı bir oğlu var. 



Aktrisa və model Ebru Şallının da keçmiş əri Harun Tan onun fanatı olub. Cütlüyün nikahdan Beren və Pars adında iki övladı var.


Geri dön