Ana Sayfa > Karusel / Hadisə > Kartdan təqaüd pulunu oğurlayan şəxs tutuldu - Sabirabadda

Kartdan təqaüd pulunu oğurlayan şəxs tutuldu - Sabirabadda


22-08-2018, 16:25. Yazar: Xeberaz
Kartdan təqaüd pulunu oğurlayan şəxs tutuldu 
Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub.
Xeberaz.az xəbər verir ki, avqustun 21-də Sabirabad rayon Ulacalı kəndinin sakini rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən "Kapital Bank"a məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.
RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir.
İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (021) 2355203 şəhər və (070) 2055203 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Geri dön