Ana Sayfa > Karusel / Təhsil / Maraqlı > Azərbaycanda ata ilə qızı eyni universitetə qəbul olundular

Azərbaycanda ata ilə qızı eyni universitetə qəbul olundular


22-08-2018, 11:42. Yazar: Xeberaz

Azərbaycanda ata ilə qızı eyni universitetə qəbul olundular


Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb. Ötən günlərdə ana və oğulunun universitetə qəbul olma xəbəri ardından bu gün də ata və qızının qəbul xəbəri yayılıb.


Xeberaz.az Aznews.az-a istinadən xəbər verir ki, Ağcəbədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və Nərgiz Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar.

Belə ki, onlar Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.


Geri dön