Ana Sayfa > Karusel / M2 / Texnologiya > Ağcaqanadlardan canınızı qurtarın - TƏBİİ ÜSUL

Ağcaqanadlardan canınızı qurtarın - TƏBİİ ÜSUL


12-07-2015, 01:15. Yazar: Kenan

Ağcaqanadlardan canınızı qurtarın - TƏBİİ ÜSUL

İsti yay axşamlarında insanlar təmiz havada oturmağı, çay içməyi sevir. Ağcaqanadlar isə rahat söhbət etməyə imkan vermir. Ailə.lent.az söhbətlərinizin yarım qalmaması üçün tərkibində heç bir kimyəvi qatqısı olmayan qarışım təqdim edir. Canınızı ağcaqanadlardan bununla qurtarın.

Lazım olan ərzaqlar:

4 banka

40 damcı yağ (lavanda, limon, nanə, ekvalipt ola bilər)

2 limon

8 ədəd rozmarin və ya nanə yarpağı

Su

Şam



İki dənə rozmarini və ya nanəni hər bankaya yerləşdirin. Hər bankanın ¾-nü su ilə doldurun. Hər bankaya istədiyiniz yağdan 10 damcı əlavə edin. Limonları kəsib bankaya yerləşdirin. Üzərinə su əlavə edin. Bankaya şamı yerləşdirin və yandırın.
Mayeni hər 4-5 gündən bir dəyişdirin.

Bu sadə üsul sadəcə sizi ağcaqanadlardan xilas etməyəcək, eyni zamanda evinizə xoş ətir yayacaq və gözəl görünüş bəxş edəcək.
Geri dön