Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı metrosunda DƏHŞƏTLİ ANLAR – Özünü qatarın altına atdı və bu stansiyalarda hərəkət iflic oldu - FOTO

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR – Özünü qatarın altına atdı və bu stansiyalarda hərəkət iflic oldu - FOTO


21-08-2018, 12:22. Yazar: Xeberaz


Bakı metrosunda problem yaranıb.

Xeberaz.az  xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyasında qatar platformada dayanıb və hərəkət etməyib. İşıqlar sönüb və qatar bir neçə dəqiqə hərəkətsiz qaldıqdan sonra içəridə olan sərnişinlər boşaldılıb.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirdi ki, bir neçə dəqiqə əvvəl metronun “Nizami” stansiyasında bir nəfər özünü qatarın altına atıb. Nəticədə stansiyada elektrin enerjisinin verilişi dayandırılıb.

Həmin istiqamətdə qatarların hərəkəti dayanıb. Bu səbəbdən də, “Elmlər Akademiyası” stansiyasında qatar hərəkət etməyib.

Hazırda intihar edən şəxsin kimliyi araşdırılır.
Geri dön