Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Qadın terrorçu 15 nəfərin ölümünə səbəb oldu

Qadın terrorçu 15 nəfərin ölümünə səbəb oldu


11-07-2015, 23:57. Yazar: Kenan
Qadın terrorçu  15 nəfərin ölümünə səbəb oldu

Bu gün səhər saatlarında Çadın paytaxtı Ncamendə partlayış nəticəsində ən azı 15 nəfər həlak olub. Xeberaz.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Partlayış paytaxt bazarında törədilib, 15 nəfər ölüb, çoxlu sayda yaralı var”, — deyə məlumatda bildirilir.

Polisin ilkin məlumatına görə, partlayışı qadın terrorçu bazarın girişində törədib.

Terror aktına görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.
Geri dön