Ana Sayfa > Karusel / Gündəm > Yay "qayıdır": Avqustun 24-dək hava isti olacaq

Yay "qayıdır": Avqustun 24-dək hava isti olacaq


20-08-2018, 18:23. Yazar: Xeberaz


Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.
Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə havanın temperaturu getdikcə yüksələcək:
"Abşeron yarımadasında havanın maksimal temperaturu 33-34 dərəcə, Aran rayonlarda 35 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 23-24 dərəcə isti olacağı gözlənilir".
Geri dön