Ana Sayfa > Karusel / Şou-Biznes > “Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi


20-08-2018, 16:13. Yazar: Xeberaz


Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.
Xeberaz.Az bildirir ki, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.
Aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:





"Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm".
Geri dön