Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Məkkədə bir ilk — İstəyən hacılar bu otaqlarda yata biləcək

Məkkədə bir ilk — İstəyən hacılar bu otaqlarda yata biləcək


19-08-2018, 12:32. Yazar: Xeberaz

Məkkədə bir ilk

Yaponiyada çox populyar olan kapsul otellər Səudiyyə Ərəbistanına gətirilib. “

Xeberaz.az xəbər verir ki, hacı namizədləri istədikləri vaxt bu otaqlarda 3 saat yata biləcəklər.
2 milyon müsəlman zəvvar bu il Həcc ziyarətinə yola düşür. Səudiyyə Ərəbistanının qərbindəki Minada bir ilkə imza atılıb. Bir xeyriyyə fondu yorulan hacı namizədləri üçün kapsul otaqlar hazırlayıb. Sayı 14-18 olan kapsul otaqlarda istəyən hacı namizədi 3 saat yata biləcək.
3 metr uzunluğu, 1 metr hündürlüüy olan kapsullarda havalandırma sistemi, çarpayı və təmiz döşəküzü var. Bildirilir ki, kapsullar Yaponiyadan 1.114 dollara alınıb. Hər hacı namizədi yuxudan oyandıqdan sonra otağı təmizləyəcək.

Geri dön