Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Azərbaycan Ebola epidemiyası nəticəsində zərər çəkmişlərə pul Ayıracaq?

Azərbaycan Ebola epidemiyası nəticəsində zərər çəkmişlərə pul Ayıracaq?


11-07-2015, 21:19. Yazar: Xeberaz
Azərbaycan Ebola epidemiyası nəticəsində zərər çəkmişlərə pul Ayıracaq?

Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir.

Xeberaz.az AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib:

Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.
Geri dön