Ana Sayfa > Karusel / Hadisə > Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub - FHN

Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub - FHN


15-08-2018, 16:31. Yazar: Xeberaz
Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub 
Goranboy rayonunun Goran qəsəbəsində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Xeberaz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

Geri dön