Ana Sayfa > Karusel / Hadisə / Maraqlı > Fransada zibil toplamaq üçün qarğaları işə götürdülər - Maaş alacaqlar

Fransada zibil toplamaq üçün qarğaları işə götürdülər - Maaş alacaqlar


14-08-2018, 15:41. Yazar: Xeberaz


Fransanın bir əyləncə parkında zibilləri toplamaq üçün bu iş üçün xüsusi təlim keçmiş 6 qarğa işə götürülüb.
Xeberaz.Az bildirir ki, xəbər verir ki, qarğalar topladıqları siqaret kötüyü və zibilləri kiçik bir qutuya yığacaqlar. Qarğalar maaş olaraq gətirdikləri hər zibil üçün qutudan yem götürəcəklər.
Əyləncə parkının müdiri Nikola de Vilyer məsələ ilə bağlı deyib: "Məqsədimiz təkcə təmizlik deyil. Çünki parka gələnlər ətrafı çirkləndirməməyə çalışırlar. Bu yolla təbiətin ətraf mühiti qorumaq məsələsində bizə dərs verə biləcəyini göstəririk".
Artıq bir neçə qarğa işə başlayıb. Bazar günü isə bütün heyət işə çıxacaq. De Vilyer bildirib ki, bu qarğalar oyun yolu ilə insanlarla əlaqə qurmağı xoşlayırlar.
Geri dön