Ana Sayfa > Karusel / Gündəm > Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ


14-08-2018, 14:41. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 
Geri dön