Ana Sayfa > Karusel / Hadisə / Dünya > Hindistanda vəziyyət kritik həddə çatıb - Ölü sayı 30-a çatdı

Hindistanda vəziyyət kritik həddə çatıb - Ölü sayı 30-a çatdı


12-08-2018, 13:13. Yazar: Xeberaz


Hindistanın Kerala əyalətində şiddətli yağışların səbəb olduğu sellərdə ölənlərin sayı 30-a yaxınlaşıb.
Xeberaz .Az xəbər verir ki, güclü leysan bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub. Bu barədə Qafqazinfo TRT-yə istinadən məlumat yayıb.
Təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.
7 avqustun bəri yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.
 
Geri dön