Ana Sayfa > Karusel / Hadisə > Bakıda “Ford” və “Kamaz” toqquşdu, iki nəfər yaralandı

Bakıda “Ford” və “Kamaz” toqquşdu, iki nəfər yaralandı


12-08-2018, 13:08. Yazar: Xeberaz


Bakının Qaradağ rayonunda "Ford" və "Kamaz" markalı iki yük avtomobili toqquşub.
Xeberaz.Az xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
FHN-in hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
Geri dön